“Gənclər üçün narkomaniyaya və tütünə  yox deyək!” layihəsi reallaşdırıldı – Fotolar

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər üçün narkomaniyaya və tütünə  yox deyək!”  maarifləndirmə kompaniyalarının aparılması” layihəsi istiqamətində növbəti seminarını Şirvan və İmişli şəhərində keçirib.

 “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyindən Millitribuna.az-a  daxil olan məlumata görə,  ümumilikdə Füzuli, Beyləqan, Biləsuvar, Şirvan və İmişli rayonları olmaqla ölkənin 5 rayonunu əhatə edən layihədə 500 nəfərə yaxın gənc iştirak etmiş, layihə üzrə ekspertlər, yerli icra hakimiyyətinin məsul şəxsləri iştirakçılar qarşısında çıxış ediblər. Onlar bildiriblər ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və tütün aludəçiliyidir. Narkomaniya və tütün təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadi durumuna ciddi zərbə vurur. Cinayətkarlığın artmasına və mütəşəkkilləşməsinə yol açır.

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan (xüsusilə gənclər) bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.Baxmayaraq son illərdə ölkəmizin güc strukturları, xüsusilə DİN tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlər görülür. Lakin təəssüflə qeyd etməliyik ki, problem ölkəmizdə də genişlənir və narkomaniya ilə mübarizə dövlətimizlə yanaşı vətəndaş cəmiyyəti institutlarının əsas prioritet vəzifələrindən biri olmalıdır.

Maraqla qarşılanan seminarların gələcəkdə digər bölgələrdə də həyata keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir