Gəncədə avtomobillə vurulan piyada ölüb

Gəncə şəhərində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.

Millitribuna.az-ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Tural Mustafayev dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Qəzanı törətməkdə şübhəli bilinən sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir