Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

Millitribuna.az-ın məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app