Gədəbəydə yol qəzası: xəsarət alanlar var


Gədəbəy rayonunda kiçik tutumlu yük maşını idarəetmədən çıxaraq aşıb.

Millitribuna.az-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı kiçik tutumlu yük avtomobilinin əylənc sistemində nasazlıq yarandığından nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb.

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü sürücü R.Bağırov və sərnişin olan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.