Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manat xərclənəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Militribuna.az xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC və “SNT İnşaat Şirkəti” konsorsiumudur.

Qalib konsorsiuma 14,436 milyon manat ödəniləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.