Füzuli və Ağdamın azadolma tarixləri abunə kodlarında əks olunacaq

Ağdan və Füzulidə də qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşdırılacaq.

Millitribuna.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən birifinqdə «Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: «Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq».

Qeyd edək ki, artıq «Azərişıq» azad edilmiş digər rayonların abunə kodlarında rayonların azadolma tarixlərini əks etdirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *