Fransada məscid binası təhqir olunub

Fransanın Renn şəhərində İbn Sina Məscidinin divarlarında İslam dini əleyhinə sözlər yazılıb.

Millitribuna.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Fransanın Daxili işlər naziri Cerald Darmanin İbn Sina məscidində İslam əleyhinə təxribatı pisləyib və ölkənin bütün müsəlmanları ilə həmrəyliyini ifadə edib.

“Renndə məscidin divarlarına İslam əleyhinə yazıların yazılması yolverilməz faktdır. Ölkənin bütün müsəlmanları ilə həmrəyəm», — Daxili işlər naziri özünün tvitterdəki səhifəsində yazıb.

Darmanin həmçinin bildirib ki, məscidə baş çəkməyi planlaşdırır.

Renn şəhərinin meri Natali Apper də həmçinin müsəlman ictimaiyyətinə dəstək verdiyini söyləyib. Onun sözlərinə görə, Fransada belə hadisələr yolverilməzdir.

Fransanın İslam Şurası (CFCM) və Fransanın Türk-Müsəlman Cəmiyyətlərinin Koordinasiya Komitəsi (CCMTF) də təxribatı qətiyyətlə pisləyib.

Qeyd edək ki, bu, son günlər Fransada məscidlərə qarşı növbəti təxribatdır. Aprelin 9-da Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *