“Forbes” jurnalı dünyanın ən zəngin adamlarını açıqladı

“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.

Millitribuna.az məlumatına görə, siyahının ilk pilləsində sərvəti 200,7 mlrd. ABŞ dolları təşkil edən “Amazon”un təsisçisi Ceff Bezos qərarlaşıb.

Reytinqin ilk beşliyinə Bernar Arno (LVMH, 200,4 mlrd. dollar), İlon Mask (“Tesla” və “SpaceX”, 154,6 mlrd. dollar), Bill Qeyts (“Microsoft”, 125,9 mlrd. dollar) və Mark Zukerberq (“Facebook”, 121,9 mlrd. dollar) daxil olub.

Maraqlısı budur ki, siyahının ikinci pilləsində qərarlaşan LVMH qrupunun (“Louis Vuitton Moet Hennessy” – “Christian Dior”, “Louis Vuitton”, “Givenchy”, “Guerlain”, “Moet & Chandon”, “Hennessy” və digər brendlər altında lüks malların istehsalçısı) prezidenti Bernar Arnonun sərvəti sutka ərzində 1,4 mlrd. dollar artaraq ilk dəfə 200 mlrd. dolları keçib.

O, “Amazon”un təsisçisi Ceff Bezosdan sonra dünyada sərvəti 200 mlrd. dolları keçən ikinci adam oldu.

Mayın 24-də Bernar Arno dünyanın ən zəngin adamları siyahısının zirvəsinə yüksəlmişdi.

Həmin an onun sərvəti Ceff Bezosun varidatından 300 mln. dollar çox idi. Milyarderin sərvətinin kəskin artması COVID-19 pandemiyası zamanı LVMH qrupunun nümayiş etdirdiyi yaxşı göstəricilərlə əlaqədardır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir