Flora Kərimova: “Cahillər sözümü min yerə yozdular”

“İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Hardadır sizin insanlığınız, hanı sizin mərhəmətiniz? Biri 5 yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Kimsiz siz? Nəsiniz siz? Ölümünüzə qədər lənətlənmişlərsiniz”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Müğənni son günlər baş verən hadisələrlə bağlı paylaşıb edib:

“Digəri pişiyin ayağını kəsir… Birinci deyil, ikinci deyil, bu gedişlə deyəsən, sonuncu da olmayacaq. Bu günah çiyinlərində ola-ola balana necə çörək aparıb yedizdirə bilirsən?! Bu vəhşiliyi Tanrı bağışlayacaqmı?

Mən deyəndə Allah yalnız bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər. Allahın hakəm (hökmü rədd edilməyən, haqqı yerinə yetirən), ƏDL (ədalətsizliyə yol verməyən, adil), qadir (qüdrətli, istədiyinə gücü çatan), muntəqim (günahları ədalətlə cəzalandıran) isimləri də var. Yaradan, yaratdıqlarına bunu rəva bilənlərə rəhm edəcəkmi? Cəhənnəmi də bu humanizmdən uzaq mürvətsizlər üçün yaradıb və çoxdan qalayıb. Qarğımağı sevmirəm, amma qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir