“Fironların qızıl paradı”na çəkilən xərc açıqlandı

Misirdə həftə sonu keçirilən “Fironların qızıl paradı”na çəkilən xərc açıqlanıb.

Millitribuna az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, ilin ən möhtəşəm şousu adlanan tədbir 1,2 milyon dollara (təqribən 2,0 milyon manat) başa gəlib.

18 kral və dörd kraliça mumiyası ciddi təhlükəsizlik tədbirləri ilə Qahirədən çıxarılaraq beş kilometr kənarda yerləşən Misir Sivilizasiyası Milli Muzeyinə aparılıb.

Yeni muzeyə isə 38 milyon dollar (64,6 milyon manat) xərc çəkilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *