Finlandiya Ərdoğanın tələblərini qəbul edəcək

Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentində çıxış edib.

Millitribuna.az xəbər verir ki, prezident çıxışında Finlandiya və İsveçin NATO-ya üzvlüklə əlaqədar Türkiyənin etirazlarına münasibət bildirib. O Ankaranın irəli sürdüyü tələblərlə razılaşa biləcəklərini deyib.

“Türkiyədən verilən açıqlamalar çox tez dəyişdi. Amma konstruktiv müzakirələrin köməyi ilə problemi həll edəcəyimizə əminəm”, – deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarından sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gəlib və hər iki ölkə rəsmi olaraq NATO-ya müraciət edəcəklərini açıqlayıb. Ötən həftə ölkələr rəsmən NATO-ya müraciət ünvanlayıb. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət yanaşmadığını bildirib: “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin müsbət münasibətdə deyilik”.

Rəsmi Ankara İsveç və Finlandiyanın PKK-nı terror təşkilatı kimi tanımaq tələbini irəli sürüb. Diqqətə çatdırılıb ki, yalnız bundan sonra hər iki ölkənin NATO-ya üzv olmasına razılıq verilə bilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.