Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza  bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, — o deyib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *