Feysbukdakı problemlərə görə 6,6 milyard dollar itirdi

Feysbukun yaradıcısı Mark Zukerberq sosial şəbəkələrin işində yaranmış bir neçə saatlıq problem səbəbindən 6,6 milyard dollar itirib.

Millitribuna.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Zukerberq hazırda yaşanan problemlərə görə dünyanın ən zəngin insanları siyahısında 6-cı pilləyə enib. O, daha əvvəl 4-cü yerdə qərarlaşmışdı.

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsinin 1,5 milyarddan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda satışa çıxarıldığı deyilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *