«Facebook»un ağıllı saatı bu qiymətə satılacaq

Sosial media nəhəngi «Facebook» tərəfindən bazara çıxarılacaq ağıllı saatın qiyməti açıqlanıb.

Millitribuna.az xəbər verir ki, «The Verge» jurnalı ağıllı saat barəsində ətraflı məlumat paylaşıb. Belə ki, məlumatda saatın ekranı smartfon telefonlardakı kimi foto və video kamerası olacaq. Saat vasitəsilə çəkilən fotoları «Facebook» və «Instagram»da həmin anda paylaşmaq mümkündür.

«The Verge»də yer alan xəbərə görə, «Facebook» işçiləri saatın təxminən qiymətini 400 dollar olduğunu bildiriblər. «Facebook»un 2019-cu ildən bəri ağıllı saatı inkişaf etdirməyə təxminən 1 milyard dollar xərclədiyini söylənilib.

Saatın ağ, qara və qızıl rəngdə olacağı bildirilir.(Unikal.org)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *