“Evdə tək” yenidən çəkildi – Video

“20th Century Studios” “Evdə tək” filminin remeykinin treylerini yayımlayıb.

Millitribuna.az xəbər verir ki, ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Arçi daha əvvəl “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.

Qeyd edək ki, orijinal “Evdə tək” 1990-cı ildə işıq üzü görüb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran işi ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Ekran işi “Oskar” və “Qızıl qlobus”a layiq görülüb.

Bunun ardından “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” çəkilib.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir