“Eurovision”da tamaşaçıların iştirakına icazə verildi

“Eurovision” mahnı müsabiqəsinin tamaşaçıların iştirakı ilə keçirilməsinə qərar verilib.

Millitribuna.az xəbər verir ki, məşqlər, yarımfinallar və final daxil olmaqla hər şouya 3500 nəfər qəbul ediləcək.

Bilet satışı ilə bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan ediləcək.

Niderlandın mədəniyyət naziri Arye Slob bu qərarın apreldə bir daha nəzərdən keçiriləcəyini bildirib.

Səfərlərlə bağlı tətbiq edilən məhdudiyyətlərə görə hələ ki, yalnız niderlandlı tamaşaçılara üstünlük veriləcək. (qafqazinfo)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *