“Ermənistanda terrorçuların qəhrəmanlaşdırılması aktualdır”

Nasizmin qəhrəmanlaşdırılması bütün hallarda qəbuledilməzdir».

Millitribuna.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən ortaq mətbuat konfransında bildirib.

Bayramov qeyd edib ki, Ermənistanda ksenofobiya və radikal millətçiliyin artması müşahidə olunur: «Ermənistanda terrorçuların qəhrəmanlaşdırılması aktualdır və onların fəaliyyətləri terror aktları törətməkdən ibarətdir».

Ksenofobiyanın Ermənistanda fərqli təzahürlərdə müşahidə olunduğunu qeyd edən Bayramov Holokost abidələrinin təhqir edilməsinin bu problemin Ermənistanda nə qədər ciddi olduğunu göstərdiyini bildirib.

«İnsanlar bunun Ermənistandakı təhlükəsi barədə düşünməlidir»,-deyə XİN rəhbəri qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *