Ermənistanda daha bir nazir istefa verdi

Ermənistan yüksək texnologiya sənayesi naziri Hakob Arşakyan istefa edib.

Millitribuna.az xəbər verir ki, Arşakyan bu barədə öz feysbuk hesabında açıqlama verib və bu gün nazir kimi vəzifəsinin son günü olduğunu qeyd edib.

“Ermənistan vətəndaşı olaraq bir məmurun başqa bir vətəndaşa qarşı güc tətbiq etməsini qəbuledilməz hesab edirəm. Şiddət olmadan bir cəmiyyət qurma yolu ilə getməliyik. İstefamla həm psixoloji, həm də fiziki cəhətdən şiddətdən imtina etdiyimi bildirirəm. Ümid edirəm ki, baş verənlər cəmiyyətimizə bir ibrət dərsi verəcək, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı haqqını bir az daha çox sevəcəyik və hörmət edəcəyik”,- deyə Arşakyan bildirib.

Daha əvvəl Ermənistan mətbuatında Hakob Arşakyanın istefa verəcəyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, bu, son bir ay ərzində Baş nazir Nikol Paşinyana təqdim olunan ikinci yazılı bəyanatdır.(qafqazinfo)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *