“Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçisiz həllində Brüssel formatı əhəmiyyətlidir” – Şərh

“Avropa Siyasi Birliyinin fikir babası Fransa prezidentidir. Son 2 ildə Avropada yeni bir siyasi mərkəzin yaradılmasını təxmin edirdik”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri Editor.az-a açıqlamasında Ay Partiya başqanı Anar Əsədli bildirib.

Onun fikirlərinə görə, bu prosesin başlanğıcını Britaniyanın Avropa Birliyindən ayrılması, Türkiyənin uzun illərdir Avropa Birliyi qapısında dayanması lakin buraya alınmaması, Rusiyanın Ukraynaya başlatdığı savaşın nəticəsində Ukraynanın, Maldovanın, Gürcüstanın sürətli şəkildə AB-yə alınması ilə bağlı müraciətləri ATƏT-in bənzəri olan siyasi mərkəzin formalaşdırılması fikrini möhkəmləndirirdi: “ Ən ciddi məsələlərdən biri Rusiya ilə bağlı mövqeyinin olmasıdır. Rusiyanın istər Ukraynaya qarşı apardığı savaş, istərsə də Cənubi Qafqazdakı vəziyyət xüsusilə də Qarabağ məsələsi ilə bağlı birbaşa mövqeyi Ermənistanı dəstəkləməsi kimi məsələlər Avropa Siyasi Birliyinin diqqətində  olacaq mövzulardır”.

A.Əsədli qeyd edib ki, birlik Rusiyanın Cənubi Qafqazdakı rəftarını dəyişməyə vadar etsə, Azərbaycan və Ermənistan arasında sülh sazişini Brüssel formatında həyata keçirə bilsə biz o zaman ciddi siyasi mərkəzin yarandığının şahidi olacağıq: “Oktyabrın 6-da Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı rəhbərlərinin 4-lü formatda bir araya gəlməsi, bu görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar göstərir ki, Avropa Siyasi Birliyinin ilkin formatı qane edicidir. Ciddi nəticələrə nail olmaq olar.
Bizim yolumuz Avropaya inteqrasiyadan keçir.  Rol modelimiz Avropa olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyasız, vasitəsiz sülhə nail olunmasında Brüssel formatı kifayət qədər əhəmiyyətlidir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir