Erməni deputat: “Türklərdən pis qoxu gəlir”

Ermənistan parlamentinin deputatı, “Erkir tsirani” (Əriklər ölkəsi) partiyasının sədri Zarui Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini büruzə verib.

Millitribuna.az xəbər verir ki, onun həqarətlə “türklər” deyə müraciət etdiyi azərbaycanlılar barədə təhqiramiz ifadələri ölkə mətbuatında yayılıb.

O, demarkasiya və delimitasiya problemi üzrə parlamentdə keçirilən müzakirələr zamanı etdiyi çıxışında azərbaycanlılara qarşı irqçi ifadələr işlədib.

Postancyan beynəlxalq tədbirlərdən birində Azərbaycan nümayəndələrilə birgə oturmaqdan imtina etdiyini bildirib. Səbəbini isə belə izah edib:

“Oturmaq üçün zaldan keçərkən mənə dedilər ki, o tərəfə keçməyim. Orada türklər oturub. Biz isə bilirik pis qoxu kimdən gəlir. Əlbəttə ki, türklərdən. Türklərlə birgə yaşayanlar onların evlərindən necə pis qoxu gəldiyini bilirlər”, — deyə millət vəkili bəyan edib.(oxu.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *