Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq.

Militribuna.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.