Eldar Namazov yeni təşkilat yaratdı

Azərbaycan Prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov yeni təşkilat yaradıb.

Millitribuna.az xəbər verir ki, artıq bir müddətdir təşkilat fəaliyyətə başlayıb. Eldar Namazov saytımıza açıqlamasında xəbəri təsdiqləyib.

“90-cı illərdə Strateji Araşdırmalar Mərkəzi adlı təşkilat yaratmışdım. Sonradan həmin təşkilatın əməkdaşları, o cümlədən mən müxtəlif dövlət vəzifələrinə təyinat aldıq. Ona görə də təşkilatın fəaliyyətini dondurdum. İndi bu təşkilatın yenidən fəaliyyətinə ehtiyac var. Buna görə də Strateji Araşdırmalar Mərkəzinin bazasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzini təsis etdik. Azərbaycanın ətrafında geopolitik proseslərin getdiyi bir dönəmdə hadisələrin dəqiq araşdırılması və təhlil olunması gərəkdir”, deyə Eldar Namazov bildirib.

Politoloq qeyd edib ki, təşkilat artıq fəaliyyətə başlayıb: “Müəyyən işlər görməyə başlamışıq. Sadəcə indi pandemiya dövrü olduğundan təşkilat şəbəkə formasında fəaliyyət göstərir. Bununla belə, biz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Necə deyərlər, addım-addım irəliləyirik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir