EBRD Ukraynaya 50 milyon avro ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynaya fövqəladə likvidlik dəstəyi üçün 50 milyon avro ayıracaq.

Millitribuna.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.

Belə ki, EBRD və Ukrayna hakimiyyəti “Ukrenergo”ya mövcud kreditin bir hissəsinin təyinatını dəyişdirmək barədə razılığa gəliblər.

Sözügedən razılaşma iqtisadiyyatı müharibədən ziyan çəkən Ukraynada dayanıqlı elektrik təchizatını təmin edəcək.

EBRD xatırladıb ki, 2019-cu ilin iyul ayında Ukraynada elektrik infrastrukturunu modernləşdirmək üçün “Ukrenerqo”ya 149 milyon avro ayırmağa razılaşıb. Bu kredit yalnız qismən verilib. Müharibə ilə əlaqədar “Ukrenerqo”nun təcili likvidliyə ehtiyacı olduğundan EBRD vəsaitlərin təyinatını dəyişdirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.