Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi açıqlanıb

“QS World University Rankings” beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqini açıqlayıb.

Millitribuna.az-ın məlumatına görə, reytinqə üç ali məktəb — Massaçusets Texnologiya İnstitutu, Oksford və Stenford Universitetləri liderlik edir.

Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Rusiyadan 48, Türkiyədən 10, İrandan 6, Gürcüstanın isə yalnız 1 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın ali təhsil ocaqları yer almayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *