Dünyanın ən bahalı markası satılıb

“Sotheby’s” hərracında dünyanın ən bahalı markası olan “Britaniya Qvianası” satışa çıxarılıb.

Millitribuna.az xəbər verir ki, poçt nişanı İngiltərənin ən qədim filateliya şirkəti olan “Stanley Gibbons” tərəfindən alınıb. 8.3 milyon dollara əldə olunan marka şirkətin Londonun Strend küçəsindəki mərkəzi mağazasında nümayiş olunacaq.

Qeyd edək ki, səkkizbucaqlı marka 1856-cı ildə çap olunub. Bir sent nominal dəyərə malik poçt nişanının günümüzə cəmi bir nüsxəsi gəlib çatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *