Man Reyin “Enqrin skripkası” əsəri “Christie’s” hərracında rekord qiymətə – 12,4 milyon dollara satılıb.
Millitribuna.az xəbər verir ki, o, hərraca çıxarılan tarixin ən bahalı fotoşəkili olub.
Amerikalı sürrealist rəssamın 1924-cü ildə çəkdiyi ağ-qara şəkildə çılpaq qadın bədəni skripkaya çevrilib. Şəkildə Man Reyin ilham perisi Kiki de Montparnas əks olunub.
Qeyd edək ki, bundan öncə dünyanın ən bahalı fotoşəkli Andreas Qurskinin 2011-ci ildə 4,4 milyon dollara alınmış “Reyn II” əsəri sayılırdı.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app