Dünyada neft hasilatı azalır

Dünyada gündəlik neft hasilatı iyul ayından avqustadək 0,54 milyon barel azalaraq 96,1 milyon barelədək geriləyib.

Millitribuna.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında bildirilir.

Bununla yanaşı, avqust ayında OPEC ölkələrindəki hasilat həcmi 210 min barel artaraq 26,89 milyon barelə çatıb. Bu artım daha çox Səudiyyə Ərəbistanı və İraqın hesabına əldə edilib. Belə ki, Səudiyyə Ərəbistanı avqust ayında gündəlik hasilatı 100 min barel artıraraq 9,56 milyon barelə çatdırsa da, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşma çərçivəsindəki öhdəliyi 3 faiz aşır. (report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir