Dünya bazarında neft 2 % ucuzlaşıb

ABŞ-da ehtiyatların artması haqqında statistikanın açıqlanması dünya bazarında neftin 2% ucuzlaşmasına səbəb olub.

Millitribuna.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,87% ucuzlaşaraq, 1 bareli 86,73 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 2,1% aşağı düşərək, 1 bareli 83,77 ABŞ dolları təşkil edib.

İnvestorlar Energetika Nazirliyinin ABŞ-da neftin ehtiyatları ilə bağlı statistikasını qiymətləndirməyə davam edirlər.

Belə ki, yanvarın 14-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 0,5 milyon barel və 0,1% artaraq, 413,8 milyon barelə çatıb. Analitiklər isə 0,9 milyon barel azalmanın qeydə alınacağını gözləyirdilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.