Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2021 və 2022-ci illərdə inkişaf edəcək

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

Millitribuna.az xəbər verir ki, bu proqnoz Dünya Bankının bu gün dərc edilmiş “Global Economic Prospects”in (“Dünya iqtisadiyyatının perspektivləri” — red) yanvar hesabatında yer alıb.

Dünya Bankının ekspertləri növbəti ildə də Azərbaycanla bağlı nikbin proqnozlar irəli sürüblər. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

«Azərbaycanda iqtisadi fəallıq neftin qiymətlərinin sabitləşməsi nəticəsində artacaq. Azad edilmiş ərazilərin bərpasına sərmayələr və xərclər də öz töhfəsini verəcək», — hesabatda vurğulanır.

Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh razılaşması regionda geosiyasi gərginliyin azalmasına imkan yaradacaq.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *