Dövlət Komitəsi dili qoparılan uşaq haqda: “Vəziyyəti orta-ağırdır”

“Zorakılığa məruz qalan 5 yaşlı uşağın vəziyyəti orta-ağırdır”.

Millitribuna.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

T.Mərdanoğlunun sözlərinə görə, azyaşlı hazırda xəstəxana şəraitində müalicə alır:

“Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Nəticələrdən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Komitə rəsmi deyib ki, hazırda azyaşlı dövlətin tam nəzarəti altındadır.

Qeyd edək ki, hadisə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən sosial şəbəkə hesabında ictimailəşdirilib. Hüquq müdafiəçisi azyaşlının nənəsinə istinadən, onun dəfələrlə anası və sevgilisi tərəfindən zorakılığa məruz qaldığını bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir