Dini konfessiya rəhbərləri Ağdam Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Millitribuna.az xəbər verir ki, səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları — Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər davam edir.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *