“Deputatlara verilən töhmətin müddəti 6 aydır” – Eldar İbrahimov

“Deputatlara verilən töhmətin müddəti 6 aydır. Bu, köhnə Kommunist Partiyasının töhməti deyil ki… Töhmətdən 6 ay keçibsə, artıq bu inzibati tənbehin vaxtı bitmiş hesab olunur”.

Millitribuna.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Deputat bildirib ki, bu, qanunların birinə düşməlidir: “Gələcəkdə bu, əsasnaməyə yox, deputatlarla bağlı qanunların birinə mütləq salınmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə nizamnaməyə hansısa dəyişiklik nəzərdə tutulsa, deputatlara verilən inzibati tənbeh tədbirinin müddəti məsələsinə baxıla bilər.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir