Deputatdan qanunsuz tikilən evlərlə bağlı sərt — REAKSİYA

“Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır”.

Millitribuna.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Bakıya girəndə Sulutəpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir.

Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”- deyə deputat bildirib. (Apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *