Deputat: “YAŞAT” Fonduna yenə vəsait köçürək”

“Hazırda deputatlar və Hesablama palatasının üzvləri buradadır. Təklif edirəm ki, növbəti dəfə “YAŞAT” Fonduna vəsait köçürək. Onlar müharibə iştirakçıları və qazilərlə bağlı çox böyük işlər görürlər».

Millitribuna.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Son günlər COVID-19-dan ölənlərin sayında artım var. Hesab edirəm ki, vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil”, — deputat bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *