Deputat: “Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır”


“Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır”.

Millitribuna.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.

O bildirib ki, sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır:

“Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda təndiqdlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir