Depressiyadan çıxardan qidalar

Finlyandiya alimləri uzunmüddətli araşdırmalar nəticəsində depressiya ilə mübarizə aparmağa kömək edən qidaların siyahısını tərtib ediblər.

Millitribuna.az xəbər verir ki, bu qidalara aşağıdakılar daxildir:

— Meyvə-tərəvəz (xüsusilə sarı, qırmızı və narıncı rəngdə olanlar — balqabaq, portağal, naringi, alma, ərik və ərik qurusu, bolqar bibəri, çuğundur, kök, banan və s.)
— Giləmeyvələr
— Balıq və digər dəniz məhsulları
— Ədviyyatlar (xüsusilə hil, cövüz, darçın)
— Qəhvə, şokolad, kakao
— Paxlalılar (noxud, lobya, mərci).

Əksinə qırmızı ət, sosis, kolbasa kimi qidaları depressiya zamanı yemək tövsiyə edilmir. Belə hesab olunur ki, bu qidalar depressiyanı daha da ağırlaşdıra bilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *