Daşkəsəndə avtomobil aşıb: yaralılar var

Daşkəsəndə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Millitribuna.az-ın məlumatına görə, Yuxarı Daşkəsən qəsəbəsində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü O.Məmmədov və 1990-cı il təvəllüdlü O.İsayev xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir