Daha 11 müəllimdə koronavirus aşkarlanıb

Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Millitribuna.az-ın report-a istinadən məlumatına görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app