“Çörəyin qiyməti neçəyədir bilmirəm”

“Allah bütün ailələri qorusun. Mən hələ indiyə qədər bilmirəm bazar, market necə olur.  Hələ həyatım boyu bir dəfə də olsa marketə getməmişəm. Bir dəfə çəkilişlə bağlı Qubada bazar var idi. Ora apardılar məni, aləm dəydi bir-birinə”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov “Hüseynova bacıları” verilişinin qonağı olarkən deyib. Müğənni indiyə qədər bazara getmədiyini, çörəyin belə qiymətindən xəbərsiz olduğunu bildirib:

“Ömrümün 30-40 ilini şəhərdə, ondan əvvəl isə rayonda yaşamışam. Evdəkilər sağ olsunlar, məni bazara getməyə qoymayıblar. Hələ indi də bilmirəm ki, marketdə çörəyin qiyməti neçəyədir? O cümlədən başqa məhsulların da qiymətini bilmirəm. Məsələn, mənə 30 qəpiyə olan nəyisə 1 manata satsalar, alaram. Çünki qiymətindən xəbərsizəm”.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *