“Coca-Cola”nın xalis gəliri açıqlandı

Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.

Millitribuna.az xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

C.Kuinsi bildirib: “İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir”.

“Coca-Cola”nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir