“Clubhouse”a qoşulma asanlaşdı

Səsli ünsiyyətə əsaslanan sosial şəbəkə – “Clubhouse”a qoşulmaq asanlaşıb.

Millitribuna.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər şəbəkəyə qoşulmaq üçün dəvət lazım idisə, bu gündən həmin tələb aradan qaldırılıb.

“Clubhouse”da gündəlik otaqların sayı 50 mindən yarım milyona kimi artıb. Bu ilin mayında “Android” üçün mobil tətbiqin istifadəyə verilməsindən bu yana 10 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

Sosial şəbəkənin böyük uğuru müxtəlif klonların yaranmasına və rəqabətin kəskinləşməsinə təkan verib. Bunu nəzərə alan developerlər “Clubhouse” tətbiqini ən geci iki həftədən bir yeniləmək niyyətindədirlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir