Çiyələk saplağından — Müalicəvi çay

Çiyələk saplağı çox qiymətli müalicəvi məhsuldur.

Millitribuna.az xəbər verir ki, onun tərkibində bir çox vitaminlər, bioflavonoidlər, minerallar var.

Bu səbəbdən çiyələk saplağını tullamağa tələsməyin — qurudun və saxlayın.

Çiyələk saplağından hazırlanmış çay çox faydalıdır. Soyuq fəsillərdə belə çay iltihabəleyhinə və immun sistemini möhkəmləndirən təbii vasitə kimi istifadə etmək olar.

Bu çay həmçinin gözəl sakitləşdirici vasitədir, stressi azaldır, əhvalı yaxşılaşdırır.

Çiyələk saplağından hazırlanmış çay qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır, böyrəkləri təmizləyir.

Çiyələk saplaqlarını kölgədə qurudun və şüşə bankada saxlayın. Çay hazırlamaq üçün 1 x.q. saplaq 1 stəkan isti suda 30 dəqiqə dəmlənilir, süzülür və gündə 2 dəfə yarım stəkan olmaqla içilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *