Ceyhun Bayramov: «Ermənistanın cəzasızlığına son qoyulmalıdır»

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart — Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.

Millitribuna.az xəbər verir ki, XİN başçısı tvitter səhifəsində yazıb:

“Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistan tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik. Bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *