Ceyhun Bayramov: «Azərbaycanla İsrailin tərəfdaşlığı geniş əhatəlidir»

“Azərbaycanla İsrail arasındakı tərəfdaşlıq möhkəm, geniş əhatəli, çoxşaxəlidir. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən razıyıq”.

Millitribuna.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində bildirib.

“Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün 10-dan artıq saziş imzalamışıq, 20 layihə də hazırda baxılır. Bu sənədlər münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün möhkəm bünövrədir”, – nazir deyib. (report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *