Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Millitribuna.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İngiltərənin «Çelsi» klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya «Portu»sunu İspaniyadakı «Ramon Sançes Pisxuan» stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.
Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada «Bavariya»nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə, hətta 1:2-dək minimal fərqli məğlubiyyətlər də qane edir.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
13 aprel
23.00 Çelsi (İngiltərə) — Portu (Portuqaliya)
İlk oyun — 2:0.
23.00 PSJ (Fransa) — Bavariya (Almaniya)
İlk oyun — 3:2.(fanat.az)
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app