Çavuşoğlu: “İstanbulda razılaşma olarsa, nəzarət mərkəzi qurulacaq”

“İstanbulda razılaşma olarsa, nəzarət mərkəzi qurulacaq, Ukrayna sularının xaricində təhlükəsizlik bölgəsi yaradılacaq. Xüsusilə Ukrayna limanlarına gedəcək gəmilərin nəzarəti də aparılacaq”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan britaniyalı həmkarı Liz Trassla görüşdən sonra brifinqdə bildirib.

“Gəmilərin qayıdışında isə onların müvafiq yükü daşıdığına dair hər kəs əmin olmaq istəyir. Lakin bu məsələdə tərəflər razılaşmalıdırlar. Bu istiqamətdə Ukrayna və Rusiya ilə danışıqları davam etdiririk”, – Türkiyə XİN başçısı deyib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.