“Buna cürətin çatmaz” – Eldənizdən Gülaya


Müğənni Eldəniz Məmmədov Gülay Zeynallının ondan inciməsinə cavab verib.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Şourum” kamerası qarşısında duet ortağına zəng edib, barışmaq istədiyini demək istəsə də, Gülay cavab verməyib:

“Ola bilsin inciklik var, amma boş şeydir. Əslində mən küsməliyəm. Gülay xanım qəlbimə dəyib, inciklik ondan yaranıb. Bunu da mən ona bildirmişəm, o, mənə yox. Sən məndən küsə bilməzsən, buna sənin cürətin çatmaz. Bitirə bilməz. Bitirmək istəsə də, ailəsi imkan verməz. Əgər qəlbinə dəymişəmsə bağışla. Amma belə incikliklər çox olub. Bundan da pisi olub, barışmışıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.