Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə reaksiya: “Ölmədim”

Türkiyəli müğənni Bülənt Ərsoy ötən gün məzarı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Millitribuna.az xəbər verir ki, ifaçı bu barədə instaqram hesabında “Ölmədim, dostlar” başlığı ilə açıqlama yayıb. O, haqqında çıxan xəbərləri təkzib edib:

“Əziz atamın dəfn mərasimində dediyim sözlərin videosu əvvəlcə instaqramda yayıldı. Sonra reportajların birində mənə mövzu ilə bağlı sual verildi. Ən son da “1,5 milyon lirə büdcə ayrıldı, Bülent Ersoyun qəbri dərin olacaq, liftlə qoyulacaq”.

Məndən soruşmalı olduğunuz halda, haqqımda hər açıqlama verən şəxslərin bu “cəfəngiyyat” sözləri mediada belə böyük yer tutacaq? “Məzarı üçün 1,5 milyon lirə büdcə ayırdı” başlıqları “mətbuat azadlığı” çərçivəsindədirmi? Məntiqli və etikdirmi?

Yeri gəlmişkən, səlahiyyətli menecerim Haluk Şentürkdür.

Hər şeyə dözmək, sənətkarın mövqeyinə uyğun davranmaq, incitməyim demək, yaşadığımız bu dövrdə heç bir işə yaramırmış demək ki…”

Qeyd edək ki, B.Ərsoyun meneceri olduğunu deyilən Fevzi Siverek məzarın 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini və lift quraşdıracağını deyib. (axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.