“Bugatti” eksklüziv skuterini təqdim etdi

Bu, əfsanəvi markanın ən ucuz nəqliyyat vasitəsidir.

Millitribuna.az  xəbər verir ki, skuter ABŞ-ın “Bytech International” şirkəti tərəfindən xüsusi olaraq fransız hiperkar istehsalçısı üçün yaradılıb.

Çəkisi 16 kiloqram olan qatlanan skuter maqnezium ərintisindən hazırlanıb ki, bu da ona 109 kiloqramlıq yükə tab gətirməyə imkan verir.

9 düymlük pnevmatik təkərlərlə, 700 voltluq elektrik batareya ilə təchiz edilmiş skuter saatda demək olar ki, 30 kilometr sürət yığa bilir və 10 amper-saatlıq akkumulyator sayəsində 40 kilometrə qədər yol qət edir.

Onun üç sürmə rejimi var – ekonom, şəhər və idman. İki təkərli “Bugatti” gümüşü, qara və mavi rənglərdə istehsal olunub.

Skuterdə LED optika – faralar və işıqlar – və hətta istiqamət göstəriciləri var.

Bundan əlavə, sürət, yürüş, mühərrikin iş rejimi, enerji ehtiyatı və işıqlandırma avadanlığını əks etdirən rəqəmsal cihazlar paneli də mövcuddur.

Skuterin qiyməti 1200 dollardır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.