Bu il Vaqifin Şuşadakı məqbərəsinin təmiri başa çatacaq

“Ümid edirəm ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə o vaxta hazır olacaq”.

Millitribuna.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir bildirib ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb:

“1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə, demək olar ki, dağıdılıb. Prezident İlham Əliyevin sərəncamı ilə məqbərənin bərpasına başlanılıb”.

A.Kərimov əlavə edib ki, “Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı işlər aparılır:

“Bu festivalın keçirilməsi nəzərdə tutulub. Bu il biz bu festivalı Şuşada keçirəcəyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *